XƏBƏRLƏR
MƏLUMAT
“Yeni kitablarla tanış olaq” adlı icmal keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/02/2025 09:20

Respublika Uşaq Kitabxanasında yazıçı, psixoloq, filosof-şərqşünas Rövşən Abdullaoğlunun “Qorxular”, “Hər bir insan hökmdardır” adlı kitablarının və yazıçı, publisist, şair Vaqif Bəhmənlinin “Hamı” adlı şeirlər toplusunun icmalı keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, icmal zamanı müəlliflərin yaradıcılığı, kitabların məzmunu barədə məlumat verilib. Vaqif Bəhmənlinin “Hamı” şeirlər toplusu kitabından “Xeyir” və “Vaxt” adlı şeirlər səsləndirilib.

Tədbirin keçirilməsində məqsəd kitabın əsas ideyalarını, qəhrəmanlarını, mövzusunu və müəllifin məqsədini izah etməklə, insanlar arasında müzakirələr və düşüncələr yaratmaqdır.

Baxış sayı: 88