XƏBƏRLƏR
MƏLUMAT
"Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
ÜMÜMİ XƏBƏRLƏR
26/12/2025 17:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi Ümumtəhsil Məktəbində "Yeni il sərgüzəştləri" adlı tamaşa təqdim olunub.

Kitabxana əməkdaşlarının iştirak etdiyi əyləncəli tamaşa azyaşlıların sevincinə səbəb olub və onlarda xoş təəssüratlar yaradıb.

Şaxta baba, Qar qız və nağıl personajlarının şənlikdə iştirakı, maraqlı çıxışları uşaqlarda xoş təəssürat oyadıb.

Baxış sayı: 17