XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Vəli Həsənoğlunun “İldırım Dərəsi” adlı kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/10/2025 11:01

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında yazıçı-jurnalist Vəli Həsənoğlunun "İldırım Dərəsi" adlı kitabının təqdimatı keçirilib.

Tədbirdə 218 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Təqdimat zamanı Vəli Həsənoğlu kitab haqqında oxuculara məlumat verib və povestdə cərəyan edən hadisələr haqqında danışıb.

Sonda yazıçı oxucuların ona ünvanladığı sualları cavablandırıb.

Baxış sayı: 51