XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” adlı kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/09/2024 15:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Yasamal rayon Heydər Əliyev Mərkəzin birgə təşkilatçılığı ilə yazıçı-publisist Sevinc Ağa Xəlilqızının “Ön cəbhə əfsanələri...” adlı kitabının təqdimatı keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxışçılar kitabda Vətən müharibəsi zamanı böyük şücaət göstərən şəhidlərimizin, əsgər və zabitlərimizin qəhrəmanlığından bəhs edildiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində 158 nömrəli tam orta məktəbin şagirdləri şairin vətənpərvərlik mövzusunda şeirlərini səsləndirib, videoçarxlar təqdim edilib.

Sonda şair Sevinc Ağa Xəlilqızına Fəxri Diplom, bəstəkar, müğənni Arif Səlimova, Bakı Musiqi Akademiyasının magistrı Leyli Əşrəfiyə, “Dastana dönən səs” mahnı müsabiqəsinin qalibi Günay Məmmədovaya isə Fəxri Fərman təqdim olunub.

Baxış sayı: 184