XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” adlı kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/10/2024 14:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində tanınmış publisist, politoloq Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” adlı kitabının təqdimatı keçirilib.

Görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 210 illiyinə həsr olunan tədbirdə çıxışçılar R.Mirzəzadənin rus klassiklərinin həyat və yaradıcılığının tədqiqi sahəsində böyük xidmətlərindən danışıblar.

Tədbirin bədii hissəsində şairin “Mələk” şeiri səsləndirilib.

Sonda kitabın müəllifi R.Mirzəzadə təqdimat iştirakçılarının çoxsaylı suallarını cavablandırıb və kitablarını paytaxt kitabxanalarına hədiyyə edib.

Baxış sayı: 252