XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/12/2025 14:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında yazıçı, publisist Hacı Qəni Camalzadə ilə oxucuların görüşü keçirilib.

Görüşün əvvəlində Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hacı Qəni Camalzadə çıxış edərək hər kəsi salamlayıb və öz yaradıcılığı haqqında danışıb.

Daha sonra çıxışlarda H.Q.Camalzadənin yaradıcılığından "Karxana","Qızıl xotuğ", "Kiaksarın axırıncı savaşı" romanları, "Sonuncu yeznə", "Qayçı", "Borc", "Xəzinə oxucuları" və digər hekayələri haqqında məlumatlar verilib.

Sonda görüş diskusiya şəklində davam edib və oxucuların sualları cavablandırılıb.

Baxış sayı: 22