XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
23/04/2025 10:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Tədbirdə ziyalılar, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, kitabxananın fəal oxucuları iştirak ediblər.

İlk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib  ki, tarixi romanların və çoxsaylı hekayələrin  müəllifi Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti xətti ilə seçilir və real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb.

Hacı Qəni Camalzadə çıxışında yaradıcılıq planlarından danışıb, yazmaq istədiyi yeni əsərlər və hekayələr haqqında məlumat verib.

Sonda videoçarx nümayiş olunub.

Baxış sayı: 125