XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı, publisist Aysel Fikrətin “Qəmin tərifi” adlı yeni kitabının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/02/2025 16:49

Fevralın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Balaca Yazarlar  Birliyinin rəhbəri, yazıçı, publisist Aysel Fikrətin “Qəmin tərifi” adlı yeni kitabının təqdimatı  keçirilib.

Təqdimatda yazıçı və şairlər, ziyalılar, oxucular iştirak ediblər.

Tədbirdə Aysel Fikrət haqqında videoçarx nümayiş olunub, onun çoxşaxəli yaradıcılığından danışılıb, şeirləri səsləndirilib, yeni kitabları barədə ətraflı məlumat  verilib.

Sonda sevilən yazar ona ünvanlanan sualları cavablandırıb və imzalı kitablarını hədiyyə edib.

Baxış sayı: 120