XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Hacı Qəni Camalzadənin yaradıcılığına həsr olunan tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2024 15:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

Tədbirdə ziyalılar və Ə.Kazımov adına 228 nömrəli tam orta məktəbin kollektivi iştirak ediblər.

İlk olaraq yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.Daha sonra çıxış edənlər yazıçının şəxsi keyfiyyətləri, qələmə aldığı maraqlı hekayələri haqqında danışıblar.

Hacı Qəni Camalzadə çıxışında yaradıcılıq planlarından danışıb, oxucuların suallarını cavablandırıb.

Baxış sayı: 29