XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Gülzar İbrahimovanın "Trolların sirri" nağılının təqdimatı keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2024 15:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının və Norveçdə fəaliyyət göstərən “Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin” birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində tanınmış uşaq yazıçısı, şair, kitabxananın Fəxri oxucusu Gülzar İbrahimovanın "Trolların sirri" nağılının təqdimatı keçirilib.

Sözügedən nağıl Skandinaviya xalqlarının qəhrəmanları trollara həsr edilib.

Tədbirdə kitabxana əməkdaşları, rus icmasının nümayəndələri, oxucular, kitabsevərlər iştirak ediblər.

Çıxış edənlər “Trolların sirri” nağılı haqqında fikirlərini bildiriblər və G.İbrahimovaya yaradıcılıq uğurları arzulayıblar.

Bədii hissədə musiqi nömrələri ifa olunub, rəqslər təqdim edilib.     

Tədbirin sonunda Norveçdə fəaliyyət göstərən “Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin” şagirdləri sözləri Gülzar İbrahimovaya, musiqisi Elşən Nicata məxsus olan "Ana dilim" və "Sağ ol, ey Vətən! " mahnılarını səsləndiriblər.

Baxış sayı: 143