XƏBƏRLƏR
MƏLUMAT
Yazıçı Elxan Elatlı ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/11/2025 17:01

Noyabrın 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı,  dedektiv yazıçı, publisist Elxan Elatlı ilə görüş keçirib.

Pirallahı Gənclər Evində keçirilən görüşdə bildirilib ki, bir çox kitabların müəlifi olan yazıçının yaradıcılığı qəhrəmanlıq, vətənpərvərlik, psixoloji və tarixi dedektiv hekayə, povest və romanlardan ibarətdir.

Elxan Elatlı çıxışında görüşdən məmnunluq hissi duyduğunu bildirərək əsərləri və qəhrəmanlarının prototipləri haqqında məlumat verib, oxucuların suallarını cavablandırıb.

Baxış sayı: 25