XƏBƏRLƏR
MƏLUMAT
"Yaşıl ümid, sağlam gələcək" devizi altında ağacəkmə aksiyası keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/05/2024 15:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin park ərazisində "Yaşıl ümid, sağlam gələcək" devizi altında ağacəkmə aksiyası keçirilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Baxış sayı: 218