XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/08/2024 10:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli kitabxana filialı “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiya təşkil ediblər. Ekskursiya zamanı Zirə Mədəniyyət Mərkəzində kitab sərgisi təşkil edilib və tədbir keçirilib.

Tədbirdə dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açılıb. Planetimizin davamlı inkişafı və rifahının qorunması üçün təbii sərvətlərin və ekosistemlərin mühafizəsi prosesi izah edilib .

Sonda sərgiyə baxış keçirilib.

Baxış sayı: 128