XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Təbiətə valeh olanlar” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2024 17:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsi davam edir.

Bu dəfə kitabxananın Fəxri oxucusu, şair, yazıçı Gülnur Aslan layihə çərçivəsində kitabxanaya şeirlərini təqdim edib.

Müəllif “Sevimli Azərbaycanıma” və “Parlaq ölkəm” şeirlərində Azərbaycanın gözəlliyini və firavanlığını poetik dillə ifadə edib. “Kainatın övladı” şeir isə müəllifin insanların mövcud olduğu və inkişaf etdiyi dünyaya baxışını əks etdirir.

Baxış sayı: 226