XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitabxanaya yeni nağıl təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
29/04/2024 10:40

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən “Təbiətə valeh olanlar” layihəsinə şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülarə Munis  “Bənövşə gülünün nağılı”nı təqdim edib.

Yazıçı nağılda balaca oxucuları vətənimizin zəngin təbiəti ilə tanış edərək, torpağı, təbiəti, gülləri, çiçəkləri uşaqlara sevdirir. Təbiətdə olan gül-çiçəklər təkcə gözəllik üçün deyil, onların çox mühüm əhəmiyyəti olduğunu, hətta təbii boya kimi istifadə olunması haqqında uşaqlara məlumat verir.

Nağıl ilə aşağıdakı keçidə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/file/d/1I9Rr_em7jTJixxFMNU4OFhMM5yax6Dom/view?usp=drivesdk

Baxış sayı: 260