XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2024 17:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində COP 29-un şüarı: “Yaşıl dünya naminə həmrəy olaq!” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Yasamal rayon 158 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəblilər öncə Mərkəzin muzey bölməsində dahi şəxsiyyət, Ulu öndər  Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

Açıq dərsdə “Yaşıl dünya naminə həmrəylik ilində COP 29-un ölkəmiz üçün əhəmiyyəti” mövzusunda məruzə dinlənilib, videoçarx təqdim olunub və məktəblilərin mövzu ilə əlaqədar rəsmləri nümayiş olunub.

Sonra tədbir 158 nömrəli tam orta məktəbin şagirdlərinin mövzu ətrafında təqdimatları və çıxışları ilə davam edib.

Baxış sayı: 253