XƏBƏRLƏR
MƏLUMAT
“Yaşıl dünya” adlı konsert təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
28/10/2024 12:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 33 nömrəli Uşaq Musiqi Məktəbində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya” adlı konsert təqdim edilib.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb.

Sonra  “Yaşıl dünya” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.

Çıxışlarda dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirindən söz açılıb.

Konsertdə məktəbin müəllim və şagirdləri Azərbaycan və xarici bəstəkarların təbiətə həsr olunmuş əsərləri ilə çıxış ediblər.

Baxış sayı: 150