XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-nin “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
07/06/2023 02:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, AYB-nin və AJB-nin üzvü, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə yeni oçerk təqdim edib.

Yazıçı oçerkdə 2016-cı il 3 aprel tarixində Talış-Goranboy döyüşlərində (düşmənlə təmas xəttində) şəhidlik zirvəsinə ucalan Bəxtiyar Hüseynov haqqında məlumat verir. Oçerkdə həmçinin Gülarə Munisin şəhid Bəxtiyar Hüseynova həsr etdiyi şeiri də oxuculara təqdim olunub.

Bəxtiyar Hüseynov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib.

Hal-hazırda doğulub boya-başa çatdığı küçə Bəxtiyar Hüseynovun adını daşıyır.

Ətraflı:https://bit.ly/3OZ9OdB

Baxış sayı: 249