XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon MKS-i ekskursiya təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
21/09/2023 05:43

Bakı şəhərinin işğalçılardan azad olunmasının və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçürülməsinin 105 illiyi ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil edib.                                                                                             

Muzey bələdçisi qədim tarixə malik olan Bakı haqqında geniş məlumat verərək 15 sentyabr 1918-ci ildə Qafqaz İslam Ordusunun köməyi ilə Bakının daşnak quldurlarından azad edilməsindən danışıb. Bakının ən qədim tarixinin izi olan İçərişəhərdə yerləşən 50-dən çox tarix və memarlıq abidələrindən İçərişəhər, Qala divarları, Qız qalası və Şirvanşahlar sarayının YUNESKO-nun dünya mədəni irs siyahısına daxil edildiyini bildirib.                                                                                                            

Sonra kitabxana əmədaşları muzeyin ekspoziyasında Bakının müxtəlif hadisələrinə aid tematik sərgilərlə tanış olublar.

Baxış sayı: 158