XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/12/2024 14:46

Dekabrın 12–də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa təşkil olunub.

Dəyirmi masada 53 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Şagirdlər öncə Mərkəzin ekspozisiya zalında dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsini yad ediblər və ölməz liderin siyasi irsi və Azərbaycanın ictimai–siyasi, sosial–iqtisadi və mədəni həyatının bütün sahələrindəki xidmətlərini özündə əks etdirən eksponatlarla tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib. Sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə  şagirdlər dahi şəxsiyyət Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə həsr olunmuş təqdimat ilə çıxış ediblər. Daha sonra Mərkəzin bələdçisi tərəfindən  “Əbədiyaşar Lider” mövzusunda mühazirə dinlənilib.

Sonda məktəblinin ifasında Ümummilli Liderin əziz xatirəsinə ithaf olunmuş “Sən elə bir zirvəsən” mahnısı səsləndirilib.

Baxış sayı: 240