XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” adlı konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/11/2023 15:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzi, Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” adlı konfrans keçirilib.

Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Ulu Öndərin bir tarixi şəxsiyyət kimi Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışılıb.

Sonda Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Baxış sayı: 362