XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2023 16:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr -Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə qonaqlar Mərkəzin muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Sonra əlamətdar günlərlə bağlı məlumat verilib. Bildirilib ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Həmçinin qeyd olunub ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib.

Sonra “Hüquqi və demokratik dövlət quruculuğunun banisi – Heydər Əliyev” adlı mühazirə dinlənilib.

Sonda Dövlət Bayrağı Gününə və Konstitusiya Gününə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Baxış sayı: 154