XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Rəssam-kəşfiyyatçı” adlı kitabın təqdimat mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/11/2023 14:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Rauf İbadovun xatirəsinə həsr olunmuş “Rəssam-kəşfiyyatçı” adlı kitabın təqdimat mərasimi keçirilib.

Qonaqlar öncə rəssam şəhid Rauf İbadovun əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Sonra Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi yad edilib.

Tədbir  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

“Rəssam-kəşfiyyatçı” kitabının müəllifi filoloq, yazıçı-publisist Azər Hacıbəyli çıxış edərək, qonaqlara şəhidin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Digər qonaqlar çıxışlarında  torpaqlarımızın Rauf kimi qəhrəman oğullarımızın sayəsində işğaldan azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu bildiriblər. Həmçinin tədbirdə şəhid rəssam Rauf İbadovun rəsmlərindən söhbət açılıb, çəkdiyi rəsm əsərlərinin əksəriyyətinin vətənpərvərlik mövzusunu əhatə etdiyi diqqətə çatdırılıb.

Sonda şəhid Rauf İbadova həsr olunmuş sənədli film nümayiş olunub.

Baxış sayı: 388