XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
25/12/2025 09:47

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar “Heydər Əliyev yolunun davamçısı” mövzusunda mühazirə oxunub.

Mühazirədə 53 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İştirakçılar əvvəlcə Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət ediblər.

Daha sonra Prezident İlham Əliiyevin 2003-cü idən ölkəyə rəhbərlik etdiyi müddətdə Heydər Əliyevin dövlətçilik siyasətini uğurla davam etdirməsindən bəhs edilib və videçarx nümayiş olunub.

Baxış sayı: 29