XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/03/2023 02:40

Martın 29-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev İli” və 31 mart 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ili ilə əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib.

Tədbir iştirakçıları Mərkəzin “Muzey” bölməsində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ulu Öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Azərbaycanlılara qarşı törədilmiş soyqırımların yerli və dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolu” adlı məruzə dinlənilib.

Qonaqlar da öz növbəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı haqqında geniş məruzə ilə çıxış ediblər.

Sonda film nümayiş olunub.

Baxış sayı: 219