XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində konfrans keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/07/2023 08:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda konfrans keçirilib.

İlk öncə qonaqlar Mərkəzin foyesində Ulu Öndərin 100 illiyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mədəniyyəti 100” adlı sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə bildirilib ki,  Ümummilli liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaradıb və onları vahid azərbaycançılıq ideologiyası ətrafında sıx birləşdirib.

Sonda Ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərini əks etdirən film nümayiş olunub.

Baxış sayı: 228