XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən müsabiqələrin yekun seçim mərhələsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2024 10:41

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” adlı şeir müsabiqəsi və “Heydər Əliyev zəkasının işığında müasir Azərbaycan” adlı rəsm müsabiqəsinin  yekun seçim mərhələsi keçirilib.

Müsabiqədə Yasamal rayonunda fəaliyyət göstərən tam orta  məktəblərin və  Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdləri iştirak ediblər.

Çıxışçılar müsabiqələr haqqında məlumat veriblər və müsabiqə iştirakçılarına uğurlar arzulayıblar.

İlk  olaraq  münsiflər “Heydər  Əliyev  zəkasının  işiğında  müasir Azərbaycan” adlı rəsm müsabiqəsinin iştirakçılarının əl işlərindən ibarət rəsm əsərləri ilə tanış olublar.

Daha sonra “Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” adlı şeir müsabiqəsinin iştirakçıları öz şeirlərini səsləndiriblər.

Sonda münsiflər iştirakçılar haqqında fikir mübadiləsi apararaq qiymətləndirmə prosesini həyata keçiriblər.

Baxış sayı: 162