XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/06/2023 03:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan  hüquqlarının müdafiəsi” adlı tədbir keçirilib.

İlk öncə qonaqlar Mərkəzin “Muzey” bölməsində Ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı bildirilib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan hüquqları günü kimi qeyd edilir. “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.

Həmçinin tədbirdə “Dövlət və insan hüquqları” adlı mühazirə dinlənilib, film nümayiş olunub.

Baxış sayı: 261