XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Dolu” tammetrajlı bədii filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2025 10:45

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Dolu” tammetrajlı bədii filmi nümayiş olunub.

Film nümayişində Yasamal rayon 21 və 31 saylı tam orta məktəblərin  müəllim və şagird kollektivi iştirak ediblər.

Məktəblilər öncə Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.

Daha sonra  şagirdlərə “Dolu” tammetrajlı bədii filmi haqqında məlumat verilib.Bildirilib ki, film rejissor Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılıb və "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edən film Qarabağ müharibəsi mövzusunda yazıçı -publisist Aqil Abbasın eyniadlı romanı əsasında çəkilib.

Sonda məktəblilər “Dolu” filmini izləyiblər.

Baxış sayı: 45