XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2023 02:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin 54-cü ildönümünə həsr olunan dəyirmi masa təşkil olunub.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı Ulu Öndərin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilib. Sonra müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hakimiyyət dövrünü əks etdirən videoçarx nümayiş olunub.

Sonda iştirakçılar “Ümummilli lider Heydər Əliyev və Azərbaycan mədəniyyəti 100” adlı sərgiyə baxış keçirib.

Baxış sayı: 253