XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 16:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunan “Qurtuluşdan inkişafa: müdrik siyasətin uğurlu nəticələri” adlı dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən 286 nömrəli məktəbin kollektivi Mərkəzin muzey bölmələri ilə tanış olublar, onlara Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu və siyasi irsini özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Daha sonra “Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi” adlı mühazirə dinlənilib və 15 İyun- Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş olunub.

Baxış sayı: 96