XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində “Böyük əmr” sənədli filminin nümayişi olub
ÜMÜMİ XƏBƏRLƏR
23/10/2023 11:05

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində “Görünməyən qəhrəmanlar”  adlı  sənədli  film silsiləsindən olan “Böyük  əmr” sənədli filmi nümayiş olunub.

Filmin nümayişində Akademik Zərifə Əliyeva adına liseyin  müəllim və şagirdləri iştirak edib.

Film nümayişindən öncə şagirdlər Mərkəzin Muzey bölməsi ilə tanış olublar, onlara bələdçilər tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçdiyi mənalı həyat yolu, zəngin siyasi irsini əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Daha sonra şagirdlər Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı Zəfərinə həsr olunmuş “Böyük  əmr” sənədli filmini izləyiblər.

Qeyd edək ki, “Görünməyən qəhrəmanlar” adlı  sənədli  filmlər  silsiləsi  “Azərbaycanfilm” Kinostudiyası və “İctimai TV"nin birgə istehsalıdır. Ümumilikdə 5 filmdən ibarət olan  silsilədə, müxtəlif  qoşun növlərinin qəhrəman zabit və əsgər heyətinin 44 günlük Vətən müharibəsi dövründə keçdiyi şərəfli və müzəffər döyüş yolundan bəhs edilir.

Baxış sayı: 267