XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar mühazirə dinlənilib və ekskursiya təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
19/05/2025 15:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 18 May-Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Mədəni sərvətlərimizin  keşiyində: muzeylərimizin inkişaf yolu” mövzusunda mühazirə oxunub.

Mühazirədə Yasamal rayon 60 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Öncə şagirdlər Mərkəzin foyesində nümayiş olunan sərgi ilə tanış olublar.

Daha sonra “Mədəni sərvətlərimizin  keşiyində: muzeylərimizin inkişaf yolu” mövzusunda  mühazirə dinlənilib. Mühazirədə bildirilib ki, muzeylər keçmişimizi bu günə daşıyan, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi dəyərlər xəzinəsidir. Muzeylər Azərbaycan xalqının tarixini, böyük şəxsiyyətlərin həyatlarını, yaradıcılıqlarını, fəaliyyətlərini özündə əks etdirir. Xalqın tarixi həm kitablarda yazılmaqla, həm də muzeylərdə qorunmaqla gələcək nəsillərə çatdırılır.

Həmçinin Mərkəzdə Beynəlxalq Muzeylər Günü ilə əlaqədar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə Yasamal rayon məktəblilərinin və Sosial İnkişafa Yardım İctimai Birliyinin bir qrup əməkdaşının Mərkəzə ekskursiyası təşkil edilib.

Ekskursiya zamanı Ümummilli Lider Heydər Əliyevin uşaqlıq və gənclik dövrlərini, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatındakı gördüyü quruculuq işlərini, onun əsasını qoyduğu daxili və xarici siyasəti, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətləri özündə əks etdirən eksponatlar, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilib.

Baxış sayı: 29