XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2023 01:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr-Anım Gününə həsr olunan tədbir keçirilib.

Qonaqlar ilk öncə Mərkəzin Muzey bölməsində Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, əziz xatirəsini yad ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərin əhəmiyyətindən danışılıb, ölkəmizin ərazi bütövlüyü naminə canlarından keçmiş, şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının əziz xatirəsinin daim ürəklərdə yaşayacağı bildirilib.

Sonda vətənpərvərlik mövzusunda və şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

Baxış sayı: 367