XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzinə ziyarət təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
14/05/2024 11:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzini Ümummilli lider Heydər Əliyevin anadan olmasının  101-ci ildönümü münasibətilə  Yasamal rayon İcra Hakimiyyətinin başçısı və müavinləri ziyarət ediblər.

İlk olaraq Ulu Öndər  Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

Sonra qonaqlar 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələrinin  “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı əl işlərindən  və Mərkəzin bərpaçı rəssamının Ulu Öndər Heydər Əliyevə həsr etdiyi rəsmlərdən ibarət  sərgi ilə tanış olublar.

Baxış sayı: 176