XƏBƏRLƏR
MƏLUMAT
Yasamal rayon Heydər Əliyev Mərkəzi Anım Günü ilə əlaqədar tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
27/09/2024 15:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal  rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr-Anım Günü ilə  əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışçılar 44 günlük Vətən müharibəsinin Azərbaycanın suverenliyinin bərpasına gedən yolun başlanğıcı olduğunu bildiririblər. Bildiriblər ki, Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin Sərancamı ilə hər il sentyabrın 27-si  Anım Günü kimi qeyd edilir.

Sonda “Zəfərin izi ilə” adlı mühazirə dinlənilib, film nümayiş olunub.

 

Baxış sayı: 133