İyunun 13-də YARAT Müasir İncəsənət Məkanında multidissiplinar rəssam Aydan Salahovanın “Sükutun səsləri” adlı fərdi sərgisi açılacaq.
YARAT-dan AZƏRTAC-a bildirilib ki, “Sükutun səsləri” Aydan Salahovanın Bakıda ilk irimiqyaslı muzey sərgisi olacaq.
YARAT-ın sifarişi ilə hazırlanan sərgi, qlobal müstəvidə aktual olan məişət zorakılığı problemi və onun qurbanlarının adından səslənir. Öz layihəsində rəssam, məişət zorakılığının emosional mənzərələrini araşdıraraq qurbanların qorxuları və ümidsizliyini vurğulayır. Ekspozisiyada ağlay daşından yonulmuş 12 nəhəng küplərdən ibarət instalyasiya təqdim olunur və bu, sənətçinin yerli daşla əsərlər yaratmaqda ilk təcrübəsidir.
Sərginin əsas mahiyyəti küplərdən çıxan səslərdir – hər küp son 12 il ərzində baş vermiş ailə-məişət zorakılıq hadisələrinin xronikasından seçilmiş qurbanların faciəvi hekayələrini qısaca “danışır” və Azərbaycanda, habelə digər ölkələrdə yaşanan bu problemləri işıqlandırır. Bu səslər, instalyasiyanın estetik əzəməti və travmatik hekayələrin məşəqqəti arasında emosional təzad yaradır, ailə münasibətlərində zorakılıq hallarının cəmiyyətə gizli qalmamasının və ona qarşı çalışmaların zəruriliyini vurğulayır.
“Sükutun səsləri” instalyasiyası ümid və xatirə simvoluna çevrilərək zorakılığın bütün formalarının qınamasını və onunla mübarizənin vacibliyi haqqında düşünməyə təşviq edir. Sərgi hər kəs üçün məlumatlandırıcı və təhlükəsiz cəmiyyətin qurulmasını təbliğ edən – dialoqa, anlaşmaya və həmrəyliyə çağırışdır. O, bizi məişət zorakılığı ilə bağlı sükutu pozmağa, həmçinin hər kəsin qorxu və zorakılıqdan azad yaşaya biləcəyi bir cəmiyyəti qurmağa dəvət edir.
Sərginin kuratoru Fərəh Ələkbərlidir.
Qeyd edək ki, rəssam, heykəltaraş və pedaqoq olan Aydan Salahova 1987-ci ildə V.İ. Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunu bitirib. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Aydan Salahova Moskvada açılan ilk müasir incəsənət qalereyası sayılan “Pervaya Qalereya”nın həm təşkilatçılarından, həm də həmmüəlliflərindən biri idi (1989-1992). Daha sonra, 1992-2012-ci illərdə fəaliyyət göstərən “Aydan” qalereyasının təsisçisi olmuşdur. Rəssam 2002-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalına layiq görülüb. 2002-2007-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının müxbir üzvü, 2007-ci ildən isə həqiqi üzvü seçilmişdir. Aydan Salahova yaradıcılığında Şərqlə Qərbin qarşılıqlı əlaqələri, daxili qadağalar və azadlıq, kişi və qadın başlanğıcları, eləcə də dünyada qadının rolu və onun incəsənətdəki obrazı mövzularını araşdırır. Rəssamın “L'escala daurada” (Imaginart, İspaniya, 2023); “Gizli ornament” (“Triumf” qalereyası, Rusiya, 2022); “Yeni müqəddəslər” (Rus Dövlət Muzeyi nəzdində Mərmər Sarayı, Rusiya, 2021); “The Dust Became the Breath” (Gazelli Art House, Böyük Britaniya, 2021); “Vices et vertus” (Müqəddəs Lu kilsəsi, Belçika, 2017); “Sabitlik” (Kuadro Müasir İncəsənət Qalereyası, BƏƏ, 2017) və s. fərdi sərgiləri keçirilmişdir. O, həmçinin çoxsaylı qrup sərgilərin iştirakçısıdır, o cümlədən: “La voz velada” (La Neo Mudejar Muzeyi, İspaniya, 2024); “Sıxılmış yaddaş” (Gazelli Art House, Azərbaycan, 2023); “Kövrəklik” (MİA Art Collection, BƏƏ, 2023), “Vazari adlandırılıb. Dirçəliş” (Arsenal, A.S. Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin Volqa-Vyatka filialı, Rusiya, 2022); “Şəxsi məkan” (“RuArts” qalereyası, Rusiya, 2022); 17-ci İstanbul Biennalesi (2022); “My One and Only” (Mario Mauroner Contemporary Art, Avstriya, 2022) və s.
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək
- 10:38 Əməkdar artist Cabir Abdullayev ilə görüş keçirilib
- 09:41 Ölkədə mədəni irsin korlanması və məhv edilməsi ilə bağlı məsuliyyəti sərtləşdirən yeni qaydalar qüvvəyə minir
- 09:22 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Cavidan Babazadənin solo konserti keçirilib
- 11:43 Sevilən müğənni Leyla Rəhimli ilə görüş keçirilib
- 10:08 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 09:48 “Üzeyir Hacıbəyli Mükafatı” qaliblərinin təltifetmə mərasimi keçirilib
- 09:34 “20 Yanvar-Milli yaddaşımızın iradə gücü” adlı anım tədbiri keçirilib
- 14:36 “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 14:22 “Mədəniyyəti – 2040” Konsepsiyasının Mədəniyyət Nazirliyinin qurumları üçün təqdimatı keçirilib
- 17:05 Mədəniyyət naziri Adil Kərimli Ağsuda vətəndaşları qəbul edəcək
- 17:02 Azərbaycanlı şairin “Bəxt ulduzu” kitabı Kazanda tatarca işıq üzü görüb
- 09:18 Azərbaycanlı rəssamın əsəri Pekin Beynəlxalq Biennalesində nümayiş olunur
- 15:42 Hərbi Hissədə bayram konserti keçirilib
- 12:33 “Həmrəyliyin rəngləri” adlı rəsm sərgisi təşkil edilib
- 11:56 "Qış nağılı" adlı tamaşa nümayiş edilib
- 11:36 Şövkət Ələkbərova adına 20 nömrəli Onbirillik Musiqi Məktəbində konsert keçirilib
- 11:07 24 nömrəli Onbirillik Musiqi Məktəbində bayram konserti keçirilib
- 09:30 “Mən dünyaya aktrisa olmaq üçün gəldim…” – Xalq artisti Amalya Pənahovanın 80 illik yubiley gecəsi
- 21:15 Baş İdarə hərbi liseydə bayram tədbiri keçirib
- 16:38 Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov - 95” adlı elektron baza hazırlanıb
- 11:07 Milli Kitabxanada “Akademik Yusif Məmmədəliyev – 120” adlı sərgi açılıb
- 10:18 “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
- 09:27 Pantomim Teatrında “Romeo və Cülyetta” tamaşası nümayiş olunub
- 18:40 “Qar Kraliçası” yenidən səhnədə
- 15:47 "Muğam bir xəzinədir" adlı tədbir keçirilib
- 17:11 "Yeni il sərgüzəştləri" adlı tamaşa nümayiş edilib
- 16:03 “Mirzə Qədim İrəvani irsi Prezident Kitabxanasında” adlı tədbir keçirilib