XƏBƏRLƏR
MƏLUMAT
“Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri davam edir
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2024 10:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist Reyhan Mirzəzadə “Yaradıcı oxucularımız” və “Kitabxanaya kitab hədiyyə edirik” layihələri çərçivəsində “Qafqazın poetik abidəsi” adlı kitabını kitabxanaya hədiyyə edib.

Kitab rus şairi M.Y.Lermontovun 210 illik yubileyi ilə əlaqədar nəşr olunub. “Qafqazın poetik abidəsi” kitabında M.Y.Lermontovun mübarizə ilə dolu həyatı, xəlqilik prinsipləri ilə zəngin olan yaradıcılığı işıqlandırılıb.

Baxış sayı: 645