XƏBƏRLƏR
MƏLUMAT
“Yaradıcı oxucularımız” layihəsinə yeni şeir təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
26/10/2023 11:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında yaradıcı oxucularımız layihəsi uğurla davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, Azərbaycan Respublikasının Xalq şairi Vahid Əziz "Yüzdən sonra...” adlı yeni şeirini təqdim edib.

Şair şeirində özünə və oxuculara  gümrah ömür, dost arasında yerişini itirməmək, heç kəsin dünyadan cavan köçməsini görməmək, tay-tuşunu vaxtsız itirməmək, başqasının ümidinə qalmamağı arzulayır.

Baxış sayı: 379