XƏBƏRLƏR
MƏLUMAT
“Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxanaya yeni kitablar hədiyyə olunub
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2024 10:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir. 

Layihə çərçivəsində yazıçı-publisist, şair, kitabxananın Fəxri oxucusu Pərixanım Mikayılqızı kitabxanaya yeni yazdığı “Əsrin sərkərdəsi” kitabını hədiyyə edib.

A.A.Bakıxanovun ədəbi irsinin tədqiqatçısı, kitabxananın Fəxri oxucusu Hədiyyə Zəhra Əhmədi və xeyriyyəçi Şəhram Oromi görkəmli alim, şair və yazıçı Abbasqulu ağa Bakıxanovun (Qüdsi) və Mirzə Məhərrəm Qarabağinin “Mirat Ül-Cəmal” əsərini ilk dəfə, şərhlə Azərbaycan dilinə tərcümə ediblər. Əsər şair Mahmud Şəbustarinin “Gülşəni-raz” məsnəvisinə yazılan nəzirədir.

Digər kitab isə Abbasqulu ağa Bakıxanovun (Qüdsi) 1837-ci ildə fars dilində yazdığı, əxlaqi-ictimai mövzuda olan “Təhzibi-əxlaq” əsəridir. Əsər insanı müdrik həyata və insani-əxlaqi prinsiplərə hörmətlə yanaşmağı tövsiyə edir.

Yeni kitabları Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxanalarında mütaliə etmək olar.

Baxış sayı: 155