XƏBƏRLƏR
MƏLUMAT
“Yaradıcı oxucular” layihəsi uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
01/10/2024 15:00

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yaradıcı oxucular” layihəsi uğurla davam edir.

Layihə çərçivəsində Kitabxananın Fəxri oxucusu, fəlsəfə doktoru Cavanşir Feyziyev müəllifi olduğu beş kitabdan ibarət “Türk dünyası” çoxcildliyini hədiyyə edib. 

Müəllif kitablarında türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk etnocoğrafiyası, əski türk ulusları və boyları, türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları və siyasət, elm, ədəbiyyat, mədəniyyət, türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik sahəsindəki xidmətlərini sistemləşdirilərək oxucu və istifadəçilərin, tədqiqatçı və mütəxəssislərin istifadəsinə verib.

Baxış sayı: 50