XƏBƏRLƏR
MƏLUMAT
"Yalançı çoban" adlı tamaşa təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2025 14:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi Ümumtəhsil Məktəbində"Yalançı çoban" adlı tamaşa təqdim olunub.

Xəzər rayon MKS-nin əməkdaşlarının və fəal oxucularının iştirak etdiyi əyləncəli tamaşa azyaşlıların sevincinə səbəb olub və onlarda xoş təəssüratlar yaradıb. Tamaşanın baş rejissoru Vaqif Əzizovdur.

Qeyd edək ki, tədbirin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial adaptasiyasına dəstək olmaqdır.

Baxış sayı: 27