XƏBƏRLƏR
MƏLUMAT
“Yalançı çoban” adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
13/02/2025 09:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası və Binə qəsəbə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində "Yalançı çoban" adlı tamaşa təqdim olunub.

Tamaşa azyaşlılar tərəfindən maraqla qarşılanıb və onlarda xoş təəssüratlar yaradıb. Tamaşanın baş rejissoru Vaqif Əzizovdur.

Tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili və onların sosial adaptasiyasına dəstək olmaqdır. 

Baxış sayı: 141