XƏBƏRLƏR
MƏLUMAT
“Yağışı sevməyən uşaq” adlı tamaşa nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/09/2025 09:52

Sentyabrın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin “Empathy” dram dərnəyi Xətai rayon Heydər Əliyev parkında “Yağışı sevməyən uşaq” adlı tamaşa təqdim edib.

Tamaşanın personajları sağlam təbiət, sağlam insanlar, ekoloji sabitlik və təbiətin bizə olan hədiyyələrinin yüksək duyarlılıqla qorunub gələcək nəsillərə ötürülməsi barədə uşaqları məlumatlandırıblar.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 68