XƏBƏRLƏR
MƏLUMAT
"Xoşbəxt olsun uşaqlar" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2024 10:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan  Badamdar qəsəbə Mədəniyyət evinin və Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialının birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Xoşbəxt olsun uşaqlar" adlı tədbir keçirilib.

Tədbirdə çıxış edənlər  bayram münasibətilə bütün uşaqları təbrik edərək bildiriblər ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün qeyd edilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması, əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Daha sonra bədii hissə ilə davam edən tədbirdə mədəniyyət evinin solistləri, "Bakı" ritm qrupu, "Nur" Daun Sindromlu Uşaqların İdmana və Cəmiyyətə İnteqrasiya İctimai Birliyinin  uşaqları, animatorlar çıxış ediblər. Tədbir uşaqlar tərəfindən maraqla qarşılanıb.

Baxış sayı: 181