XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə klubunda “Xalqın xilaskarı” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/12/2024 14:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xocəsən qəsəbə klubu və 103 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Xalqın xilaskarı” adlı tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildirilib. Sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqiəlik sükütla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycanın qurucusu, dövlətçilik salnaməsinin banisi, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının, dövlətinin tarixində və taleyində silinməz izlər buraxıb, ölkəmizin müstəqilliyini təmin edərək, xalqımıza böyük gələcək perspektivləri açıb.

Tədbirin bədii hissəsində məktəblilərin ifasında kompozisiya təqdim edilib, videoçarx nümayiş olunub.

Baxış sayı: 278