XƏBƏRLƏR
MƏLUMAT
Xocəsən qəsəbə klubunda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2023 06:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xocəsən qəsəbə klubu və 103 nömrəli  tam orta məktəbin birgə təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra 28 May-Müstəqillik Günü haqqında məlumat verilib.

Bədii hissədə 103 nömrəli  tam orta məktəbin şagirdləri ədəbi bədii kompozisiya, vətənpərvərlik mövzusunda şeirlərlə çıxış ediblər.

Tədbirin sonunda əl işlərindən ibarət rəsm və kitab sərgisi nümayiş olunub.

Baxış sayı: 266