XƏBƏRLƏR
MƏLUMAT
“Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiya təqdim olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/02/2023 06:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbə Mədəniyyət evinin və  Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 və 4 nömrəli filiallarının birgə təşkilatçılığı ilə “Xocalıya ədalət” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.

İlk olaraq Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı hadisələri zamanı xalqımızın başına gətirilən müsibətlərdən danışılıb.

Tədbir çərçivəsində kitabxana əməkdaşlarının  Xocalı soyqırımını özündə əks etdirən kitab sərgisi məktəblilərə təqdim edilib, Mədəniyyət evinin poeziya dərnəyinin üzvləri isə “Xocalı harayı” və “Xocalı nağılı” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Sonda “Xocalı faciəsi uşaqların gözü ilə” təşkil olunan rəsm sərgisinə baxış keçirilib və “Xoca” filmi tamaşaçılara təqdim olunub.

Baxış sayı: 396