XƏBƏRLƏR
MƏLUMAT
“Xocalı: Xalqımızın sağalmaz yarası” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 14:48

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası tərəfindən “Xocalı: Xalqımızın sağalmaz yarası” adlı tədbir keçirilib.

Tədbirdə Odlar Yurdu Universitetinin tələbələri və kitabxananın fəal oxucuları iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa, dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətdir. Vurğulanıb ki, Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir.

Sonda Xocalı soyqırımına həsr edilmiş kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 67