XƏBƏRLƏR
MƏLUMAT
“Xocalı: Tarixi həqiqət və ədalət” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 15:14

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində “Xocalı:Tarixi həqiqət  və ədalət” adlı dəyirmi masa keçirilib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra videoçarx təqdim olunub.

Çıxışlar zamanı bildirilib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilib və artıq dünyanın 20-dən çox ölkəsinin parlamenti tərəfindən Xocalı soyqırımını qətiyyətlə pisləyən qətnamələr qəbul edilib. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Ağdərə, Əsgəran, Xocavənd, Xankəndi ilə yanaşı, Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Sonda Xocalı faciəsinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Baxış sayı: 60